Avropanın narkotik baronu Kolumbiyada tutuldu

Interpol tərəfindən qırmızı bülletenlə axtarılan və İtaliyanın ən güclü cinayət təşkilatlarından biri olan “Ndrangheta” mafiyasının rəhbərlərindən biri, Kolumbiyanın paytaxtı Boqotada saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Kolumbiya polisi məlumat yayıb. Saxlanılan şəxs Cüzeppe Palermo ləqəbi ilə tanınan “Peppe”dir. O, Cənubi Amerikadan Avropaya narkotik maddələrin qanunsuz yollarla daşınmasını təşkil etmək və qaçaqmalçılıq marşrutlarını idarə etməkdə ittiham olunur.
Əməliyyat, İtaliya və Böyük Britaniya təhlükəsizlik qüvvələri, eləcə də Avropa İttifaqının polis təşkilatı Europol-un birgə əməkdaşlığı ilə həyata keçirilib.
Məlumata görə, Kalabriya mərkəzli Ndrangheta mafiyası Avropadakı narkotik ticarətinə nəzarət etməklə İtaliyada ən güclü və zəngin cinayət təşkilatlarından birinə çevrilib. Ekspertlər bu mafiyanın Siciliya mənşəli “Cosa Nostra”dan daha mürəkkəb və çətin aşkar edilə bilən bir struktura sahib olduğunu bildirirlər.
Cüzeppe Palermonun ekstradisiyası ilə bağlı prosedurların başladığı qeyd olunur.
Mədinə Cəlilova
21:45 12.07.2025
Oxunuş sayı: 887