Pentaqon düyməyə basdı: ABŞ-dən Livana döyüş təyyarəsi, Norveçə isə hərbi helikopter satışı

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Livana və Norveçə potensial silah satışını təsdiqləyib. Nazirliyin məlumatına görə, Livana satılması planlaşdırılan “A-29 Super Tucano” döyüş təyyarəsi və onunla bağlı avadanlıqların ümumi dəyəri təxminən 100 milyon dollar təşkil edir.
Crossmedia.az xəbər verir ki, ABŞ Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyinin (DSCA) yaydığı açıqlamada bildirilir ki, Livan hökumətinə “A-29 Super Tucano” təyyarəsinin və əlaqəli hərbi texnikanın mümkün satışı üçün Konqresə müvafiq sertifikat təqdim edilib.
Satış prosesinin əsas podratçısı isə Nevada ştatında yerləşən “Sierra Nevada Corporation” texnologiya şirkəti olacaq.
Digər açıqlamada isə Norveçə “HH-60W” tipli döyüş helikopterləri və əlavə avadanlıqların satışının da təsdiqləndiyi bildirilib. Bu satışın baş podratçısı isə Konnektikut ştatında yerləşən “Sikorsky Aircraft Corporation” olacaq.
Hər iki satış qərarı ABŞ Konqresinin təsdiqindən sonra yekunlaşacaq.
Mədinə Cəlilova
19:45 12.07.2025
Oxunuş sayı: 765