Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır - Əhməd Əl Şaraa

Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır.
Crossmedia.az xəbər verir ki, bunu Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşdə deyib.
Əhməd Əl Şaraa əvvəlki hakimiyyətin Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirdiyini təəssüflə qeyd etdi.
O, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu dedi.
17:15 12.07.2025
Oxunuş sayı: 928