“Turan Tovuz”–“Traktor” oyununun tarixi açıqlanıb

“Turan Tovuz”un “Traktor”la yoxlama oyununun vaxtı dəqiqləşib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, “Turan Tovuz” Təbriz təmsilçisi ilə iyulun 29-da üz-üzə gələcək.
Qeyd edək ki, İran Pro Liqasının son çempionu "Traktor"la matçın başlama saatı və məkanı isə hələlik müəyyənləşməyib.
13:58 12.07.2025
Oxunuş sayı: 707