AFFA və Pakistan Futbol Federasiyası əməkdaşlıq imkanlarını müzakirə edib

AFFA prezidenti Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının (PFF) rəhbəri Sayed Mohsen Gilan iilə görüşüb.
Crossmedia.az xəbər verir ki, görüş zamanı AFFA və PFF arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.
Görüşdə AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev də iştirak ediblər.
21:20 07.07.2025
Oxunuş sayı: 631