Bu gün bu ərazilərdə qaz olmayacaq

Bu gün Sabirabad rayonunun 17 kəndində qaz təchizatı dayandırılacaq. Bu barədə "Azəriqaz” İB-dən bildirilib. Bildirilib ki, qaz təchizatı dayandırılmasına səbəb diametri 315 mm-lik PE “Ulacalı-Qaragüney” orta təzyiqli yeraltı qaz kəməri üzərində quraşdırılmış Dş 300 mm-lik siyirtmənin flyans birləşmələrində yaranmış qaz sızmasının aradan qaldırılmasıdır.
Bu məqsədlə iyunun 24-də saat 10:00-dan etibarən işlər başa çatanadək Sabirabad rayonunun Ulacalı, Mürsəlli, Şıxlar, Qaralar, Məmişlər, Kürkəndi, Əsədli, Qəfərli, Suqovşan, Bulduq, Ətcələr, Həşimxanlı, Axtaçı-Muğan, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərində (ümumi 7 846 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Həmçinin Cəlilabad rayonunun 25 yaşayış məntəqəsində qazın verilişi dayandırılacaq. İyunun 24-də saat 09:00 radələrindən görüləcək işlər başa çatanadək Cəlilabad rayonunun 25 yaşayış məntəqəsi - Günəşli, Alar, Təzəkənd, Üçtəpə, Cəfərxanlı, Qarazəncir, Ocaqlı, Sabirabad, Əliqasımlı, Bədirli, Babaxanlı, Gülməmmədli, Məmmədcanlı, Ətcələr, Şabanlı, İnili, Qasımbəyli, Təklə, Abazallı, Babalı, Cəlayir, Şiləvəngə, Adnalı və Abışabad kəndlərinin (11 min 580 abonent) təbii qazla təchizatında fasilə yaranacaq.
Eləcə də Saatlı rayonunun doqquz kəndində qaz təchizatı dayandırılacaq. Salyan Regional Qaz İstismarı İdarəsindən bildirilib ki, diametri 315 mm-lik PE "Axundov-Sarıcallar" orta təzyiqli yeraltı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədilə əlaqədar 24.06.2025-ci il saat 09:00-dan etibarən Saatlı rayonunun Sarıcallar, Əbilkənd, Cəfərxan, Qaranuru, Qazanbatan, Şirinbəy, Əliabad, Məmmədabad, Genişkənd kəndlərində (ümumi 4131 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
09:33 24.06.2025
Oxunuş sayı: 924