Azərbaycanın Meksika səfirliyinin rəsmisi Limada bələdiyyə sədri ilə görüşüb


Azərbaycanın Meksika səfirliyinin Lima şəhərindəki ofisinin birinci katibi Gültən Qafqazlı-Novruzova Limanın Pueblo-Libre rayonun bələdiyyə sədri Monika Tello Lopeslə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə rayon meri sosial şəbəkədə paylaşım edib.
“<…> Gültən Qafqazlı-Novruzova ilə mühüm görüş keçirdim. Bu görüş ölkələr arasında əlaqələrin gücləndirilməsinin və yeni ideyaların yaradılmasının vacibliyini bir daha təsdiqləyir”, – perulu siyasətçi qeyd edib.
Xatırladaq ki, daha əvvəl Peru Konqresi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 107-ci ildönümü münasibətilə dünya azərbaycanlarına təbriklə bağlı bəyanat qəbul etmişdi.
08:15 20.06.2025
Oxunuş sayı: 753