ABŞ İrana hərbi hücuma hazırlaşır – Tramp planı təsdiqləyib

ABŞ administrasiyası İranla bağlı mümkün hərbi əməliyyat variantını gündəmdə saxlayır.
Crossmedia.az xəbər verir ki, bu barədə nüfuzlu ABŞ nəşrləri – “Bloomberg” və “The Wall Street Journal” məlumat yayıb.
Məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp yaxın çevrəsinə İranla bağlı hərbi hücum planlarını təsdiqləyib.
Hazırda Tehran rəhbərliyinin növbəti addımını gözləyən Vaşinqton, hücumun baş tutub-tutmayacağını İranın nüvə fəaliyyəti istiqamətindəki addımlarına görə müəyyən edəcək.
“The Wall Street Journal” bildirir ki, Trampın komandası son həftələrdə İranın nüvə proqramı və Yaxın Şərqdəki fəaliyyəti ilə bağlı bir neçə qapalı müşavirə keçirib, mümkün hərbi ssenarilər və hazırlıq planları müzakirə olunub.
“Bloomberg”ə danışan mənbələr isə ABŞ federal qurumlarında yüksək səviyyəli iclasların keçirildiyini və hərbi əməliyyat ehtimalının yaxın günlərdə, hətta həftə sonu üçün də nəzərdən keçirildiyini qeyd ediblər.
19:05 19.06.2025
Oxunuş sayı: 716