Pakistan Hindistan rəhbərliyinin bəyanatlarını kəskin şəkildə qınadı

Pakistan, Hindistan rəhbərliyinin, xüsusilə də Biharda səsləndirdiyi son düşmənçilik xarakterli bəyanatları kəskin şəkildə qınayıb.
Crossmedia.az xəbər verir ki, Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Şafqat Əli Xan “Geo News” telekanalına açıqlamasında məlumat verib.
Şafqat Əli Xan bildirib ki, Hindistan rəhbərliyinin son bəyanatları “sülhü deyil, düşmənçiliyi üstün tutan narahatedici bir düşüncə tərzini” əks etdirir. O qeyd edib ki, bu cür ritorika bölgədə gərginliyi daha da artırır və münaqişəyə təkan verir.
Pakistan rəsmisi əlavə edib ki, İslamabadı regional sabitliyi pozan tərəf kimi təqdim etmək cəhdləri reallığa uyğun deyil. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Hindistanın təcavüzkar davranışları və Pakistanda terror fəaliyyətlərinə verdiyi dəstək haqqında kifayət qədər məlumata malikdir. “Bu faktları boş ritorika və yayındırıcı manevrlərlə gizlətmək mümkün deyil”, – deyə o vurğulayıb.
Xatırladaq ki, Hindistanın Baş naziri Narendra Modi ötən həftə Biharda keçirilən mitinqdə çıxışı zamanı Pakistana xəbərdarlıq etmiş və Hindistanın “Sinduhr” əməliyyatını sadəcə “oxlardan biri” adlandıraraq, “terrorla müharibənin nə bitdiyini, nə də dayandığını” bildirmişdi.
Nigar Rəhimova
13:08 03.06.2025
Oxunuş sayı: 1259