Xalq şairindən Heydər Əliyevə müraciət: "Siz Çin boyda ölkəyə rəhbərlik edə bilərsiniz"

"Uzun illər əvvəl Ümumilli Lider Heydər Əliyevin Çinə səfəri zamanı Sabir Rüstəmxanlı o zamankı prezidentə demişdi ki, siz Çin boyda ölkəyə rəhbərlik edə bilərsiz".
Crossmedia.az xəbər verir ki, bunu akademik Nizami Cəfərov xalq şairi, görkəmli ictimai- siyasi xadim Sabir Rüstəmxanlının 15 cildlik seçilmiş əsərlərinin təqdimatında deyib.
"Ulu Öndər cavab verib ki, bunu mən bilirəm, gərək sən biləsən. Əlbəttə, Sabir Rüstəmxanlı o zaman bunu niyə dedini yaxşı bilirdi", - N. Cəfərov bildirib.
Kənan Novruzov
15:40 30.05.2025
Oxunuş sayı: 989