Gecə klubuna silahlı hücum: 8 ölü


Cənubi Afrika Respublikasının Durban şəhərində yerləşən əyləncə məkanında baş verən silahlı hücum nəticəsində 8 nəfər həyatını itirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, polisin yaydığı məlumata görə, hadisə Umlazi rayonunda qeydə alınıb.
Şəxsiyyəti hələ müəyyən edilməyən bir neçə silahlı şəxs gecə klubuna basqın edərək atəş açıb.
Hücum nəticəsində 2-si qadın olmaqla, ümumilikdə 8 nəfərin öldüyü təsdiqlənib.
Hadisənin motivi və təqsirkarların kimliyi ilə bağlı araşdırma aparılır.
Aybəniz Səfərova
14:05 18.05.2025
Oxunuş sayı: 1159