Rumıniyada prezident seçkilərinin ikinci turu üçün səsvermə başlayıb

Rumıniya və Polşada prezident seçkilərində səsvermə başlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rumıniyada bu, artıq ikinci turdur, sağçı mühafizəkar namizəd Corc Simion və avropapərəst Buxarest meri Nikuşor Dan seçkilərdə iştirak edir.
Simion ilk raundda Danı böyük fərqlə (40%-20%) məğlub edərək yarışın favoriti sayılır.
Simion Ukraynaya silah tədarükünün və Kiyevə iqtisadi yardımın əleyhinədir. O, həmçinin Trampı və MAGA hərəkatını dəstəkləyir. O, keçən il ləğv edilmiş seçkilərin birinci turunda qalib gəldikdən sonra seçkilərdən kənarlaşdırılan “Rusiyayönlü” Kalin Georgeskunun partiya üzvüdür.
Polşada hakim “Vətəndaş Platforması” partiyası Varşava meri Rafal Trzaskowskinin namizədliyini irəli sürüb. Onun əsas rəqibi aparıcı müxalifət partiyası olan Hüquq və Ədalət (PiS) tərəfindən dəstəklənən Milli Xatirə İnstitutunun (“Polşa Vyatroviç”) rəhbəri tarixçi Karol Navroçkidir.
Sorğulara əsasən, Trzaskowski ən yaxşı şansa malikdir, lakin böyük ehtimalla ikinci tur olacaq. Hər iki aparıcı Polşa namizədi Ukraynadan olan qaçqınlara yardımın kəsilməsinin və hətta tamamilə ləğv edilməsinin tərəfdarıdır. Navroçki də Bandera ideologiyasını tənqid edir.
11:48 18.05.2025
Oxunuş sayı: 874