Ukrayna XİN başçısı: “Rusiya sülhə hazır olduğunu nümayiş etdirir, amma...”

Rusiya Prezidenti Vladimir Putin hələ də sülhə hazır olduğunu sadəcə nümayiş etdirir. Belə ki, o, danışıqlardan təbliğat və vaxt qazanmaq üçün istifadə edir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sbiqa deyib.
O, bildirib ki, sülh yolunda yeganə real göstərici atəşkəsin tam bərpasıdır: “Bu baş vermədiyi müddətdə isə Moskva üzərinə təzyiqlər gücləndirilməlidir”.
Nazir təzyiq vasitəsi kimi sanksiyalar, enerji sahəsində məhdudiyyətlər və Ukraynaya hərbi dəstəyin artırılmasını göstərib.
Fatimə Məmmədova
22:51 17.05.2025
Oxunuş sayı: 644