Sergey Lavrov və Marko Rubio arasında telefon danışığı baş tutub

Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Marko Rubio ilə telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Tərəflər Rusiya-ABŞ münasibətlərində mövcud problemlərin həlli üçün kommunikasiya kanalının saxlanılması, eləcə də qarşılıqlı ticarət-iqtisadi və investisiya əməkdaşlığındakı maneələrin aradan qaldırılması barədə müzakirələr aparıblar.
23:36 17.05.2025
Oxunuş sayı: 658