İran XİN rəhbəri: “Nüvə hüququ ilə bağlı güzəştə getməyəcəyik”

"İslam Respublikası uranın zənginləşdirilməsindən imtina etməyəcək".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.
O bildirib ki, İran Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsi çərçivəsində tanınan hüquqlardan, o cümlədən zənginləşdirmə hüququndan geri çəkilməyəcək.
Əraqçının sözlərinə görə, İran dinc məqsədli nüvə enerjisi sahəsində bilik və texnologiyanı inkişaf etdirməkdə qərarlıdır. O, ölkəsinin bu istiqamətdə istənilən güzəştdən imtina etdiyini vurğulayıb.
18:15 17.05.2025
Oxunuş sayı: 775