Tramp administrasiyası Suriya prezidentinə sui-qəsd planı hazırlayıb

ABŞ-ın prezidenti Donald Trampın dövründə bəzi xarici siyasət üzrə müşavirləri Suriya prezidenti Əhməd aş-Şaraya qarşı sui-qəsd planı hazırlayıblar.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ senatoru, demokrat Cinn Şahin məlumat verib. Onun sözlərinə görə, Trampla görüşdən əvvəl bir qrup müşavir Suriya liderinin öldürülməsi məsələsini ciddi şəkildə müzakirə edib.
Senator qeyd edib ki, İordaniya kralı II Abdullah ABŞ-ı bu addımdan çəkinməyə çağırıb. Onun fikrincə, Suriyada rəhbər dəyişikliyi və ölkə başçısına qarşı zorakı tədbirlər vətəndaş müharibəsini daha da dərinləşdirə bilər.
“İordaniya kralı bizə bildirdi ki, belə bir dəyişiklik Suriyada tammiqyaslı və nəzarətsiz vətəndaş müharibəsinə səbəb ola bilər. Bu isə ölkənin inkişafı üçün yaranmış imkanlardan istifadə etməyə imkan verməz”, – deyə Cinn Şahin bildirib.
Senatorun açıqlamaları Tramp administrasiyasının Suriya ilə bağlı sərt və mübahisəli mövqeyini bir daha gündəmə gətirib. Qeyd olunur ki, bu cür planların müzakirəsi beynəlxalq hüquq və suverenlik prinsiplərinə zidd olaraq qiymətləndirilə bilər.
Fatimə Nəbiyeva
17:50 17.05.2025
Oxunuş sayı: 721