CNN: Putin daha çox Ukrayna ərazisini ələ keçirə biləcəyini düşünür, lakin Trampı çox əsəbiləşdirmək istəmir

Moskva indi İstanbul danışıqlarından minimal nəticə əldə edə bilər, çünki Rusiyanın indiki taktikası ABŞ-ı çox qıcıqlandırmamaq üçün sülh prosesinə hazırlığı imitasiya etmək, eyni zamanda, Kremlə sərfəli olmadığı üçün sülhə doğru real addımlar atmamaqdır.
Crossmedia.az-ın CNN nəşrinə istinadən xəbər verdiyi məlumata görə, Putin hələ də hesab edir ki, o, daha çox Ukrayna ərazisini ələ keçirməyə və müvafiq olaraq Kiyevdən nəzərəçarpacaq güzəştlərə nail olmağa qadirdir. Və hətta Rusiya daha sərt sanksiyalara tab gətirə biləcək. Bununla belə, o, hələ də bu məsələdə Trampı çox əsəbiləşdirməməyə üstünlük verir.
19:20 17.05.2025
Oxunuş sayı: 632