Putinin köməkçisindən İstanbul görüşünə reaksiya: “Danışıqlardan razıyıq”

Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Ukrayna tərəfi ilə aparılan birbaşa danışıqlar yekunlaşıb və Rusiya tərəfi nəticədən razıdır. Onun sözlərinə görə, Moskva tərəfi əlaqəni davam etdirməyə hazırdır.
Crossmedia.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Medinski əlavə edib ki, Ukrayna tərəfi Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında birbaşa görüş keçirilməsi üçün müraciət edib.
“Bu müraciəti nəzərə aldıq”, – deyə o bildirib.
Onun sözlərinə görə, tərəflər arasında atəşkəs planlarının mübadiləsindən sonra danışıqlar davam etdiriləcək.
Nigar Rəhimova
21:43 16.05.2025
Oxunuş sayı: 620