Husilər Ben Qurion hava limanını hədəf aldı

Yəməndə İranın dəstəklədiyi Husi qüvvələri, İsrailin paytaxtı Təl-Əvivdə yerləşən Ben Qurion hava limanını bir daha hipersəsli ballistik raketlə vurduqlarını açıqlayıb.
Crossmedia.az Husilərin Hərbi sözçüsü Yəhya Səri verdiyi açıqlamaya istinadən xəbər verir ki, Ben Qurion hava limanına qarşı “keyfiyyətli” hərbi əməliyyat keçirdiklərini bildirib. Onun sözlərinə görə, hipersəsli raket hədəfi dəqiq vurub və nəticədə hava limanında uçuşlar təxminən bir saat dayandırılıb.
Səri Qəzzaya edilən hücumların dayandırılması və blokadanın qaldırılması üçün bu cür hərbi əməliyyatları genişləndirəcəklərini vurğulayıb. O, həmçinin hava hücumlarını davam etdirəcəklərini, Kızıldəniz və Umman dənizində isə dəniz nəqliyyatını iflic edəcək əməliyyatlar həyata keçirəcəklərini bəyan edib.
İsrail ordusu isə Yəməndən atılan bir raketin havada zərərsizləşdirildiyini, milyonlarla insanın sığınacaqlara qaçdığını və Ben Qurion hava limanında uçuşların bir müddət axsadığını bildirib.
Husilər daha əvvəl, 14 may tarixində də Ben Qurion hava limanını hipersəsli raketlə hədəf aldıqlarını açıqlamışdılar.
Mədinə Cəlilova
16:50 16.05.2025
Oxunuş sayı: 594