Türkiyə Tripolidəki zorakılıq dalğasından narahatlığını bildirib və sülh çağırışı edib

Türkiyə Tripoli və ətraf bölgələrdə baş verən son zorakılıq hadisələrindən narahat olduğunu bəyan edib və ölkədə uzunmüddətli və dayanıqlı sülhün bərqərar olunması üçün öz töhfəsini verməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Türkiyə Xarici İşlər Nazirliyinin çərşənbə günü yaydığı bəyanatda qeyd olunur ki, Ankara Tripolidə və onun ətrafında yaranmış vəziyyəti diqqətlə izləyir.
Qeyd edək ki, bəyanatda Türkiyə münaqişəyə cəlb olunan bütün tərəfləri dərhal və daimi atəşkəsə razılaşmağa, fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çağırıb.
Bildirək ki, bu açıqlama, Liviyanın paytaxtında rəqib silahlı qruplaşmalar arasında yenidən alovlanan toqquşmalarla bağlı beynəlxalq narahatlığın artdığı bir vaxtda verilib.
Xumar Emilqızı
12:00 16.05.2025
Oxunuş sayı: 596