ABŞ İrana xüsusi həll paketini təqdim edib

ABŞ İranla danışıqlarda ona xüsusi həll paketini təqdim edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İran XIN rəhbəri Abbas Araqçi paketi ali dini rəhbərə təqdim edib.
Paketə əsasən:
İran zənginləşdirdiyi uranı 30% səviyyəsinə endirəcək. Husilər Həmas və Hizbullah ilə bütün əlaqələri kəsəcəklər;
O, nüvə enerjisindən yalnız mülki layihələr üçün istifadə edəcək.Bu, raket proqramını məhdudlaşdıracaq.Tehran İsraillə normallaşma prosesinə başlayacaq;
ABŞ isə qarşılığında sanksiyaları ləğv edəcək.İrana mülki və hərbi investisiyalar qoyulacaq;
İrana həmçinin Yaxın Şərqin yeni qurulan təhlükəsizlik arxitekturasında manevr etmək hüququ veriləcək. Xamenei qərarını Tehranda Putinlə məsələni müzakirə etdikdən və Çinlə təmaslardan sonra ABŞ-a çatdıracaq.
10:03 16.05.2025
Oxunuş sayı: 613