Trampa Əbu-Dabidə ənənəvi qarşılama

ABŞ prezidenti Donald Tramp BƏƏ prezidenti Məhəmməd bin Zayed ilə birlikdə Əbu-Dabidə yerləşən Qasr əl-Vətən sarayına gələrkən ölkənin ənənəvi qadın baş yelləmə rəqsi ilə qarşılanıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu rəqsin körfəz ölkələrində yüksək rəsmi qonaqlar üçün göstərilən mədəni hörmət və qonaqpərvərliyin simvolik ifadəsi olduğu bildirilir.
ABŞ lideri Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri zamanı ölkənin ABŞ-yə 1.4 trilyon dollar həcmində investisiya vədinə görə təşəkkür edib.
Tramp bildirib ki, ABŞ bu sərmayəyə layiq olduğunu sübut etmək üçün “çox çalışacaq”.
O, iki ölkə arasında münasibətlərin yalnız daha da böyüyəcəyinə və yaxşılaşacağına ümid etdiyini ifadə edib.
09:47 16.05.2025
Oxunuş sayı: 606