Rubio sabah Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün İstanbulda olacaq

ABŞ-nin Dövlət katibi Marko Rubionun başçılıq etdiyi nümayəndə heyəti sabah İstanbulda olacaq.
Crossmedia.az Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçelinin yerli mediaya verdiyi açıqlamaya istinadən xəbər verir.
Sözçü bildirib ki, səfər Rusiya və Ukrayna arasında keçiriləcək danışıqlarla əlaqədardır.
Bundan əlavə, Ukraynanın müdafiə naziri Rüstəm Umerov və Rusiya Prezidentinin müşaviri Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətləri də görüşlə əlaqədar İstanbulda olacaqlar.
23:19 15.05.2025
Oxunuş sayı: 745