Pezeşkian: "Bölgədə təhlükəni yaradan biz deyilik, cinayətkar İsrailə dəstək verən ABŞ-dır"

İran Prezidenti Məsud Pezeşkian ABŞ prezidenti Donald Trampın İran rəsmilərini korrupsiyada ittiham etməsinə sərt reaksiya verib.
Crossmedia.az İRNA-ya istinadən xəbər verir ki, Kirmanşah əyalətində çıxış edən Pezeşkian Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.
O, Trampın İran rəhbərliyini “oğru” adlandıraraq onların dünyanı taladıqları ilə bağlı ittihamlarını əsassız adlandırıb və bildirib ki, bu cür bəyanatlar İran xalqına xidmət etmiş şəxslərin nüfuzuna xələl gətirmək məqsədi daşıyır.
Pezeşkian həmçinin qeyd edib ki, İranın ali lideri Ayətullah Əli Xameneinin həyatı və fəaliyyətləri hər kəsə məlumdur və bu kimi iddialar ictimaiyyət tərəfindən qəbul edilmir.
Pezeşkian Trampın İranı regionda sabitliyi pozmaqda ittiham etməsinə cavab olaraq bildirib ki, əksinə, bölgədə sülh və təhlükəsizliyi təmin edən tərəf İrandır, ABŞ-ın dəstəyi ilə cinayətlər törədən İsrail deyil.
Aybəniz Səfərova
21:58 15.05.2025
Oxunuş sayı: 685