Çadda mal-qaraya görə silahlı toqquşma: 35 ölü, 6 yaralı

Çadın cənub-qərbində yerləşən Logone Occidental bölgəsində fermerlər arasında silahlı qarşıdurma baş verib.
Crossmedia.az xəbər verir ki, insident nəticəsində azı 35 nəfər həyatını itirib, 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumata görə, hadisəyə mal-qaranın otarılması ilə bağlı yaranan mübahisə səbəb olub.
Bildirilir ki, Çadda bu cür qarşıdurmalar tez-tez yaşanır və çox zaman ağır nəticələrlə müşayiət olunur.
Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, insidentlə bağlı araşdırma aparılır.
21:29 15.05.2025
Oxunuş sayı: 604