Zelenskidən Putinə Ankaradan mesaj: “Mən buradayam”

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə rəsmi səfəri zamanı bu addımını Rusiya Prezidenti Vladimir Putinə ünvanlanmış “çox aydın bir siqnal” kimi dəyərləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlara başlamazdan əvvəl jurnalistlərin suallarını cavablandıran Zelenski, “Mən buradayam. Düşünürəm ki, bu çox aydın bir siqnaldır”, — deyə bildirib.
Səfərin detalları və tərəflər arasında müzakirə ediləcək mövzular yaxın saatlarda açıqlanacaq.
Nigar Rəhimova
15:50 15.05.2025
Oxunuş sayı: 634