Hindistanda raket anbarı məhv edilib, radiasiya təhlükəsi elan olunub

Hindistanın Milli Radioloji Təhlükəsizlik İdarəsinin (NRDI) hesabatında, Pakistanın daha əvvəl yaydığı məlumatlar təsdiqlənib. Hesabatda Hindistanın Pəncab əyalətində yerləşən BrahMos raket anbarının 10 may tarixində Pakistanın zərbəsi nəticəsində məhv edildiyi qeyd olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Samaa.tv” məlumat yayıb.
Hadisədən dərhal sonra bölgədə ciddi təhlükəsizlik təhdidləri səbəbilə radiasiya xəbərdarlığı elan olunub. Rəsmi hesabatda bildirilir ki, baza ətrafında üç kilometrlik radiusda təxliyə əmri verilib, beş kilometrlik ərazidə yaşayan sakinlərə isə radioaktiv təsirlərə qarşı ehtiyat tədbiri olaraq qapı və pəncərələrini bağlı saxlamaq tövsiyə olunub.
Hesabatda raket anbarının ciddi şəkildə zədələndiyi təsdiqlənir və bu da Pakistanın insidentlə bağlı əvvəlki rəsmi mövqeyini gücləndirir.
Nigar Rəhimova
13:20 15.05.2025
Oxunuş sayı: 928