ABŞ Zelenskinin NATO sammitinə dəvət olunmasına qarşı çıxır

ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskinin 24 iyun 2025-ci ildə Haaqada keçiriləcək NATO sammitinə dəvət olunmasına qarşı çıxır.
Crossmedia.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşrin diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, “demək olar ki, bütün müttəfiqlər Vaşinqtonun bu mövqeyinə təəccüblə yanaşıblar”.
Qeyd edək ki, 14 may tarixinə olan məlumata əsasən, sammitə NATO üzvü olmayan cəmi dörd ölkəyə – Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya – rəsmi dəvət göndərilib.
Bununla belə, ANSA qeyd edir ki, Ukraynanın mümkün iştirakı məsələsi hələ tam bağlanmayıb və bu məsələ Antalyada keçiriləcək NATO Xarici İşlər Nazirlərinin görüşündə müzakirəyə çıxarıla bilər.
Xumar Emilqızı
21:25 14.05.2025
Oxunuş sayı: 843