Türkiyəli nazir: İsraillə toqquşmaq fikrimiz yoxdur

Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaxın Şərqdəki məsələlərə münasibət bildirib:
"Bizim Suriyada heç bir ölkə ilə, o cümlədən İsraillə toqquşmaq fikrimiz yoxdur. Netanyahu ABŞ-ın resursları ilə dünyaya meydan oxuyur. ABŞ Netanyahunu düz tutmalıdır.
Türkiyə və İsrail Suriyada münaqişənin aradan qaldırılması xətti üzrə texniki danışıqlar aparır. Qəzzada atəşkəs əldə olunmayana qədər İsraillə normallaşma baş tutmayacaq".
07:49 10.04.2025
Oxunuş sayı: 1884