Kreml: “İranın nüvə probleminin həlli üçün bütün addımları atacağıq”

Rusiya İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin aradan qaldırılması üçün siyasi və diplomatik səylərə hazır olduğunu açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov bu gün verdiyi açıqlamada bildirib ki, Moskva Tehranla müntəzəm məsləhətləşmələr aparır və problemin sülh yolu ilə həlli üçün bütün lazımi addımları atmağa hazırdır.
Peskov, İran və ABŞ arasında mümkün danışıqlarda Rusiyanın vasitəçilik roluna da toxunaraq qeyd edib: “Rusiya istənilən formatda bu prosesdə iştirak etməyə və gərginliyin azaldılmasına töhfə verməyə hazırdır. Bu istiqamətdə fəaliyyətimiz yaxın gələcəkdə də davam edəcək.”
23:55 07.04.2025
Oxunuş sayı: 515