Mark Karni Liberal liderliyini qazandı: "Qarşıda çətin sınaqlar var"

Mark Karni bazar günü keçirilən seçkidə böyük fərqlə qalib gələrək Kanada Liberal Partiyasının yeni lideri seçildi və ölkənin növbəti baş naziri olmağa hazırlaşır.
Keçmiş mərkəzi bank rəhbəri partiya üzvlərinin 86%-nin səsini qazanıb. Yaxın günlərdə Kanada general-qubernatoru onu hökumət qurmağa dəvət edəcək və Karni Castin Trüdonu baş nazir postunda əvəzləyəcək.
Karni hakimiyyətə gələn kimi ABŞ prezidenti Donald Trampın ilhaq təhdidləri, ticarət müharibəsi və sərt tariflər kimi ciddi problemlərlə üzləşəcək. Üstəlik, hökumətinin uzunömürlü olmayacağını bilərək yaxın həftələrdə seçki elan etməyi planlaşdırır. Əgər bunu etməsə, müxalifət hökuməti devirmək üçün hərəkətə keçəcəyini açıqlayıb.
Trampın təhdidləri siyasi mənzərəni dəyişib və Liberal Partiya milli birliyin güclənməsi fonunda dəstəyini artıraraq müxalifətlə bərabərləşib.
Karni karbon vergisini ləğv edəcəyini, kapital gəlir vergisinin artırılmasını dayandıracağını və Trampın tariflərinə qarşı cavab tarifləri tətbiq edəcəyini bildirib.
O, həmçinin mənzil tikintisini artırmağı və immiqrasiyaya limit qoymağı planlaşdırır.
Liberallar Mühafizəkar lider Pyer Pualyavru Trampa bənzətməklə tənqid edib.
Pualyavr isə bazar günü Karnini sərt tənqid edərək onun siyasətlərinə qarşı çıxıb.
“Qarşıdakı çətinliklər Kanada tarixində demək olar ki, misilsizdir,” – deyə Qərbi Ontario Universitetinin professoru Kemeron Anderson bildirib.
Mədinə Cəlilova
02:26 11.03.2025
Oxunuş sayı: 700