Nazir kölgə iqtisadiyyatı ilə mübarizənin əhəmiyyətindən danışıb

Kölgə iqtisadiyyatı ilə mübarizənin əhəmiyyətli hissəsi qanunvericilik tətbiqinin hər bir kəsə tətbiq edilməsidir.
Crossmedia.az xəbər verir ki, bunu bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda deyib.
"Bu sahədə bizimlə çiyin-çiyinə çiyinə olan aidiyyəti dövlət orqanlarına, Baş Prokurorluğa təşəkkürümü bildirmək istərdim. Vaxtilə vergilər orqanının inzibatçılığı hansı meyarlara əsaslanır sualı ilə rastlaşırdıq. Bu suallara cavab var. Cavab dövlətin müvafiq qanunvericiliyinə əsaslanmasıdır", - nazir vurğulayıb.
10:51 13.02.2025
Oxunuş sayı: 3023