Hikmət Hacıyev: "Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur!"

“21.11.2023 tarixində paylaşdığım bu postu yada salıram. “Maskalar çıxarın! Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur”.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.
Xatırladaq ki, 2023-cü ilin noyabrında Hikmət Hacıyev yuxarıda qeyd edilən sözləri USAID-in direktoru Samanta Pauerə cavabında bildirmişdi.
19:46 11.02.2025
Oxunuş sayı: 5080