Kanada Trampın tariflərinə etiraz edir

Kanada, ABŞ Prezidenti Donald Trampın 12 martdan etibarən polad və alüminium məhsullarına 25% rüsum tətbiq edəcəyini açıqlamasına cavab olaraq "sərt və aydın" bir reaksiyaya hazır olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Kanadanın baş nazir Castin Trüdo tarifləri "tamamilə əsassız" adlandırıb və Kanadanın ABŞ-nin ən yaxın müttəfiqi olduğunu vurğulayıb.
Trampın yeni tarifləri Kanadanın ABŞ-yə ən çox polad və alüminium ixrac edən ölkə olduğunu nəzərə alaraq, ticarət əlaqələrində gərginliyə səbəb olub.
Qeyd edək ki, Tramp bu tədbirlərin yerli istehsalı artıracağını iddia edir.
Xumar Əhmədova
18:43 11.02.2025
Oxunuş sayı: 4457