Deputat: “Orada yazılmışdı ki, Putin çox təhlükəlidir...”
ABŞ-nin Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. O, Moskvada Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ilə görüşüb.
Bu barədə məlumat verən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, Ryabkov ABŞ səfiri ilə planlaşdırılmış görüş keçirib.
ABŞ səfirinin gözlənilmədən nazirliyə çağırılması ikitərəfli münasibətlərn perspektivlərinə dair yeni suallar yaradır. ABŞ-da Donald Trampın hakimiyyəti dövründə Ağ Evlə Kreml arasında “soyuq müharibə” davam edəcək, yoxsa “buzlar əriyəcək”?
Bu barədə Crossmedia.az-a açıqlama verən Azərbaycan Milli Məclisinin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov ABŞ və Rusiya münasibətlərinin 2022-ci il fevraldan 24-dən, yəni Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra kritik həddə gəlib çatdığını qeyd edib.
E.Nəsirovun sözlərinə görə, ABŞ Rusiyaya qarşı çoxsayklı sanksiyalar rejimini tətbiq edib: "Cozef Bayden adminstrasiyası dövründə gərginlik daha da artıb. Hətta o zaman məşhur “The New York Times” qəzetinin baş məqaləsində yazılmışdı ki, küncə sıxılmış Putin çox təhlükəlidir. Rusiya Prezidenti Vladimir Putin Rusiyanın nüvə silahı ilə bağlı bir sıra yeniliklər etdi ki, bu da Qərbə qarşı nümayiş idi. Rusiya müəyyən şəraitdə ciddi təhlillərin yaranacağı şəraitdə nüvə silahını istifadə etmək hüququnu özündə saxlıyır. Buna baxmayaraq, yaxın gələcəkdə tərəflər arasında dialoq başlana bilər. "Bəzi kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Tramp ilə Putin arasında telefon danışıqları olub. Rusiya prezidentinin mətbuat katobi Peskov bunu nə təsdiqləyib, də inkar edib. Rəsmi məlumat hələki olmasa da, yaxın zamanlarda görüşün keçirilməsi ilə bağlı daha dəqiq məlumatlar olacaq".
Parlamentari ABŞ-nin yeni administrasiyasının Rusiya və Ukrayna ilə bağlı, konkret plana malik olduğu ilə bağlı iddiların səsləndiyini qeyd edib: “Əsas hədəf müharibəni dayandırmaqdır. Belə ki, ikitərəfli münasibətlərdə müəyyən istiləşmə özünü göstərir. ABŞ-nin səfirinin Rusiya XİN-ə gedişini də bu kontekstdə qiymətləndirmək olar. Tramp Putin haqqqında da ikitərəfli münasibətlərin yumşalmasına xidmət edən bir neçə mövqe bildirib. O, birinci hakimiyyət dövründə V.Putinlə səmərəli əməkdaşlığın olduğunu da dilə gətirib. Güman etmək olar ki, Tramp dörd illik hakimiyyəti dövründə Rusiya ilə münasibətləri tənzimləmək və bu münasibətdən özünə biznes layihəsi kimi yanaşmaq xəttini seçəcək. Bu əməkdaşlıq ABŞ üçün faydalı ola bilər. 2025-ci ildə Rusiya-Ukrayna müharibəsi bitə bilər. Ancaq nəticənin Rusiyanın maraqlarının ziddinə olacağı inandırıcı deyil. Rusiyanın tutduğu ərazilərdən geri çəkiləcəyi ağlabatan görünmür. 3-cü dünya müharibəsinin başlaması təhlükəsi Trampın fəaliyyəti dövründə artıq aradan qalxmaq üzrədir. Bu addımlar isə sülhə xidmət edir. Trampın sözlərinə görə, o, hakimiyyətinin birinci dövründə heç bir yeni müharibəyə başlamayıb, köhnə müharibələri dayandırmaqla məşğul olub. Tramp sülh nobel mükafatı almaq iddiasındadır”.
Fatimə Məmmədova
15:52 11.02.2025
Oxunuş sayı: 7476