Səfir: "Ermənistan məsciddə turistlərə spirtli içkilər təklif edir"

Ermənistan Təpəbaşı məscidində turistlərə spirtli içkilər təklif edir.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycannı Tehrandakı səfiri Əli Əlizadə "X"də yazıb.
"İşğal illərində Qarabağda bütün məscidlərimizi təhqir edən və tamamilə dağıdan Ermənistan hazırda İrəvandakı Azərbaycan məscidini təhqir edir. Təpəbaşı məscidində turistlərə spirtli içkilər təklif edir. Beynəlxalq ictimaiyyət və təşkilatlar tədbirlər görməlidir, bu vandalizmin qarşısı alınmalıdır", - səfir bildirib.
23:35 10.02.2025
Oxunuş sayı: 3907