Avropanın yeni reallığı: ABŞ-dən asılılığın sonu
ABŞ-nin Prezidenti Donald Trampın ikinci dəfə seçilməsi Avropanın beynəlxalq siyasətdəki mövqeyinə ciddi təsir edə bilər.
Crossmedia.az Brussels Signal-a istinadən xəbər verir ki, Tramp administrasiyasının Paris İqlim Anlaşması və Dünya Səhiyyə Təşkilatından tamamilə çəkilmək qərarı, qitəni çətin vəziyyətə salıb. Uzun illər ABŞ-nin dəstəklədiyi liberal beynəlxalq nizama güvənən Avropa üçün bu, ciddi bir sınaq ola bilər.
Daha əvvəl prezident Cozef Bayden ABŞ-nin bu beynəlxalq qurumlara yenidən qoşulmasını təmin etsə də, onun dövrü Ukrayna müharibəsi və Çin ilə artan geosiyasi rəqabət kimi problemlərlə yadda qalıb. Tramp isə Avropanın öz təhlükəsizliyini təmin etmək üçün daha çox məsuliyyət daşımalı olduğunu vurğulayır və ABŞ-nin əsas diqqətini Çin və cənub sərhədlərinə yönəltməyə çalışır.
Ekspertlər hesab edirlər ki, Avropa hələ də bu mesajı tam qavramayıb və ABŞ-yə olan asılılığını davam etdirir. Qitənin sənaye və istehsal sahəsindəki geriləməsi də liderlərin strateji vizyonunun zəifliyi ilə izah olunur. Digər tərəfdən, Tramp ABŞ üçün yeni bir “qızıl dövr” elan etdiyi halda, Avropanın da köhnə yanaşmalardan əl çəkərək öz inkişaf yollarını tapmasının vacibliyi vurğulanır.
12:13 08.02.2025
Oxunuş sayı: 3105