Türkiyə MN: Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəyik

Türkiyə Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcək.
Bunu Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
"Qardaş, dost və müttəfiq ölkələrin, o cümlədən Azərbaycan, Liviya, Bosniya və Herseqovina, Qətərin ədalətli mübarizəsinə dəstək verəcəyik", - o bildirib.
Nazirlik rəsmisi qeyd edib ki, Türkiyə böyük bir coğrafiyada sülh və sabitliyin, təhlükəsizliyin təmin olunmasına töhfə verir.(Report)
18:44 06.02.2025
Oxunuş sayı: 4286