Avropa

Rusiya ordusu digər Avropa ölkələrinə qarşı hava hücumu planlaşdırır

Polşa baş naziri Donald Tusk, Rusiya qüvvələrinin Polşa və digər Avropa ölkələrinə qarşı hava hücumları planlaşdırdığını bildirib. Tusk, bu planların regional təhlükəsizlik üçün ciddi təhdid yaratdığını və Avropanın bu cür təcavüzkar siyasətlərə qarşı birgə mübarizə aparması lazım olduğunu vurğulayıb.

Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Donald Tuskun yanaşması iddia ola bilər. 2025-ci ildə müharibənin bitəcəyinə dair mövqe gözlənilir:

Bu, COP29-a kölgə salmaq istəyən qüvvələrin ikiüzlülüyünün ən tutarlı  isbatıdır -

“Mümkündür ki, müəyyən qüvvələr, bəlkə də, Rusiya müharibənin bitməsini istəmir. Başqa ehtimal olaraq isə, Ukrayna da savaşın sonlanmasına qarşıdır. Müharibənin miqyasının Polşaya doğru genişləndirilməsi, Polşa və digər qonşu ölkələrə hava hücumları, mümkün sülhə mane olmaqla yanaşı, həm də silahlı münaqişənin uzanmasına şərait yarada bilər. Həmçinin, Avropa dövlətləri, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın müharibəni bitirmək istəklərinə əngəl olmaq üçün silahlı qarşıdurmanın tərəfdarıdır. Hərçənd, bu ehtimal daha azdır”.

K.Novruzov deyib: “Polşa və digər ərazilər hücumlara məruz qalsa, bu bilavasitə məhz Rusiyanın müharibəni uzatmaq cəhdlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. İndiki məqam üçün elə bir vəziyyətin yaranacağını düşünmürəm, bu onlara informasiya vasitəsi ilə psixoloji müharibənin bir formasıdır”.

Fidan Hacızadə

13:28 16.01.2025

Oxunuş sayı: 2906

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR