Metroda relsin üstünə yıxılan şəxsin vəziyyəti açıqlanıb
Dünən axşam saatlarında metronun “Ulduz” stansiyasında relsin üzərinə düşərək xəsarət alan sərnişinin vəziyyəti açıqlanıb.
Crossmedia.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, yanvarın 7-də saat 22:44 radələrində 2007-ci il təvəllüdlü oğlan Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:
“Baş-beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır”.
06:29 08.01.2025
Oxunuş sayı: 5697