IMF ABM-yə tövsiyələr verib
Beynəlxalq Valyuta Fondunun (IMF) texniki yardım missiyası çərçivəsində ekspertlər Azərbaycan Mərkəzi Bankında (AMB) olublar.
Crossmedia.az AMB-yə istinadən xəbər verir ki, missiya çərçivəsində qurumda strateji planlaşdırma prosesinin təşkil edilməsi, strateji risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, risklərin idarə edilməsi üzrə qərar qəbul etmə mexanizmləri, eləcə də strategiyaların icrası və monitorinqi üzrə mövcud yanaşmalar nəzərdən keçirilib.
Aparılan təhlillər və beynəlxalq təcrübə ilə müqayisəli müzakirələr əsasında qeyd olunan istiqamətlər üzrə təkmilləşdirmə imkanları müəyyənləşdirilib və müvafiq tövsiyələr təqdim edilib.
Missiyanın yekununda AMB-nin sədr müavinləri Gülər Paşayeva və Əli Əhmədovun, eləcə də bir sıra struktur bölmələrin direktorlarının iştirakı ilə IMF nümayəndə heyəti ilə görüş keçirilib.
15:41 14.10.2026
Oxunuş sayı: 54