Tramp yeni tələb irəli sürdü
ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) dünyada ən aşağı faiz dərəcəsini müəyyən etməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Tramp FED-in hansı qərarı verəcəyini bilmədiyini, lakin heç bir ölkədə faiz dərəcəsinin ABŞ-dəkindən aşağı olmamalı olduğunu deyib. O, həmçinin ABŞ tənzimləyicisinin inflyasiya və iqtisadiyyatın vəziyyəti ilə bağlı məlumatlarına əhəmiyyət verilməməsinə çağırıb və bu məsələləri hamıdan yaxşı bildiyini bildirib.
Bundan əvvəl Tramp faiz dərəcələrinin aşağı salınmasını tələb edib. O, əks halda ABŞ-nin ticarət kəsiri yaşadığı bəzi ölkələrlə ticarəti dayandıra biləcəyini açıqlayıb.
ABŞ Prezidenti FED-in rəhbərliyinin yüksək faiz dərəcələrinin ölkəni əlverişsiz vəziyyətə saldığını nəzərə alaraq, “müxtəliflik üçün vətənpərvər olmalı” və daha məqsədəuyğun qərar verməli olduğunu bildirib.
10:37 14.09.2026
Oxunuş sayı: 45