Bolqarıstan prezidenti: Ukraynada sülh yalnız danışıqlarla mümkündür
Bolqarıstan Prezidenti İliyana Yotova Ukraynada sülhə yalnız danışıqlar yolu ilə nail olmağın mümkün olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Yotova “NOVA” telekanalına müsahibəsində deyib. O, Bolqarıstanın son vaxtlar sülhün danışıqlar yolu ilə əldə edilməsini müdafiə edən ölkələrin mövqeyinə qoşulmaq üçün əlindən gələni etməli olduğunu vurğulayıb.
Yotova daha əvvəl də münaqişənin diplomatik yolla həllinin tərəfdarı olduğunu və Ukraynadakı vəziyyətin hərbi həllinin olmadığını açıqlamışdı.
22:49 13.09.2026
Oxunuş sayı: 46