Diplomatik korpusun nümayəndələri Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət edib
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşada Qarabağ küçəsini və "Sadıqcanın evi"ni ziyarət ediblər.
Crossmedia.az xəbər verir ki, Qarabağ küçəsində gəzinti zamanı qonaqlar şəhərin bu hissəsinin tarixi və memarlıq xüsusiyyətləri ilə tanış olublar.
Daha sonra onlar "Sadıqcanın evi"ni ziyarət edərək, burada aparılan bərpa işləri, eləcə də binanın tarixi və memarlıq xüsusiyyətləri ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada tarix-memarlıq abidəsi olan "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib.
Xatırladaq ki, bu gün diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti ikigünlük səfəri başlayıb.
Nümayəndə heyətinin tərkibinə 58 ölkənin və 9 beynəlxalq təşkilatın 150 nümayəndəsi daxildir.
17:45 11.09.2026
Oxunuş sayı: 45