Avropaya enerji qiymətləri ilə bağlı xəbərdarlıq
Enerji daşıyıcılarının qiymətləri bu qədər yüksək olaraq qalarsa, Avropanın Çin və ABŞ-la rəqabət aparmaq planları reallaşmaya bilər.
Crossmedia.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk bu barədə açıqlama verib.
Tusk bildirib ki, yüksək enerji qiymətləri Avropanın iqtisadi rəqabət qabiliyyətinə ciddi təsir göstərir.
Onun sözlərinə görə, enerji qiymətləri indiki səviyyədə qalarsa, Çin və ABŞ-la rəqabət aparmaqla bağlı planlar sadəcə xəyal olaraq qala bilər.
23:44 10.09.2026
Oxunuş sayı: 48