Qarabağda mina hadisəsi: xəsarət alan ANAMA əməkdaşının ayağı amputasiya olundu
Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) əməkdaşının sol aşıq baldır oynağı nahiyəsi amputasiya edilib.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 1990-cı il təvəllüdlü kişi Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.
Hazırda əməliyyat icra olunur.
10:00
Xocalı rayonunun Daşkənd kəndi ərazisində sentyabrın 10-da mina hadisəsi baș verib.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Bildirilib ki, agentliyin əməkdaşı - 1990-cı il təvəllüdlü Həsənov Anar İftixar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində o, sol ayağından xəsarət alıb.
"Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir", - məlumatda vurğulanıb.
09:33
Xocalı rayonunda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.
Crossmedia.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Daşkənd kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində bir nəfərin xəsarət aldığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Məhəbbət Tərlanoğlu
11:49 10.09.2026
Oxunuş sayı: 99