Serbiyada erkən seçki qərarı: Hakimiyyət üçün həlledici sınaq
Serbiya Prezidenti Aleksandar Vuçiç parlamenti buraxaraq növbədənkənar parlament seçkilərinin 25 oktyabr 2026-cı ildə keçiriləcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Qərar Serbiyada təxminən iki ilə yaxındır davam edən tələbə etirazları və ölkədəki siyasi gərginlik fonunda qəbul edilib. Növbəti parlament seçkilərinin 2027-ci ilin dekabrında keçirilməsi nəzərdə tutulurdu.
Vuçiçin rəhbərlik etdiyi Serb Tərəqqi Partiyası onu qarşıdakı seçkilərdə baş nazir postuna namizəd göstərib. O, prezident vəzifəsində üçüncü müddətə namizəd ola bilmədiyi üçün parlament seçkilərində iştirak edərək hökumət başçısı postuna keçməyi planlaşdırır.
Serbiyada etirazlar 2024-cü ilin noyabrında Novi Sad şəhərində dəmir yolu vağzalının örtüyünün çökməsi və 16 nəfərin ölümü ilə nəticələnən hadisədən sonra genişlənib. Etirazçılar hadisəyə görə məsuliyyətin müəyyənləşdirilməsini və korrupsiyaya qarşı tədbirlərin görülməsini tələb ediblər.
Növbədənkənar seçkilər Vuçiçin hakimiyyəti üçün mühüm siyasi sınaq hesab olunur.
14:28 09.09.2026
Oxunuş sayı: 47