Almaniya həm iqtisadiyyatı, həm müdafiəni gücləndirir – Mertsdən AÇIQLAMA
Almaniya kansleri Fridrix Merts ölkənin daxili və xarici təhdidlər qarşısında təhlükəsizliyinin təmin olunması üçün güclü iqtisadiyyatın vacib olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Fridrix Merts bu barədə açıqlama verib.
Kanslerin sözlərinə görə, iqtisadi dayanıqlılıq ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin möhkəmləndirilməsi üçün əsas şərtlərdən biridir.
Merts Almaniya iqtisadiyyatında gözlənilən artıma da diqqət çəkib. 2026-cı ildə ümumi daxili məhsulun 1,3 faiz artmasının hökumətin həyata keçirdiyi tədbirlərin ilk nəticələrindən biri olduğunu bildirib. Bu göstərici Almaniyanın iqtisadi artım proqnozları ilə də uyğun gəlir.
Kanslerin açıqlaması Almaniyanın iqtisadiyyatın bərpası ilə müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını paralel şəkildə həyata keçirməyə çalışdığı bir dövrə təsadüf edir.
14:01 09.09.2026
Oxunuş sayı: 52