Azərbaycan bocciaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
Cənubi Koreyanın paytaxtı Seulda keçirilmiş dünya çempionatında BC2 kateqoriyasında bürünc medal qazanmış Azərbaycan bocciaçısı Sona Ağayeva reytinq cədvəlində 8-ci pilləyə yüksəlib.
Bu barədə Crossmedia.az'a Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
O, sözügedən turnirdə 48 xal qazanıb. İdmançı bununla da xallarının sayını 74-ə çatdıraraq 7 pillə irəliləyib.
13:53 09.09.2026
Oxunuş sayı: 53