Cizanda “Aramco” obyektində güclü yanğın baş verib
Səudiyyə Ərəbistanının Cizan şəhərində “Aramco” şirkətinə məxsus neft-kimya obyektlərində raket və pilotsuz uçuş aparatı hücumundan sonra güclü yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə ilə bağlı yayılan məlumatlarda bu barədə bildirilib.
Məlumata görə, hücumdan sonra “Aramco”nun Cizandakı neft-kimya obyektlərindən birində genişmiqyaslı yanğın başlayıb.
Hadisənin nəticələri və mümkün itkilərlə bağlı əlavə məlumat verilməyib.
17:52 08.09.2026
Oxunuş sayı: 45